Ernest Heminquey - Seçilmiş əsərləri

13.65 AZN
 

Təsvir

“Qadınlarsız kişilər” (1927), “Əlvida silah” (1929), “Klimancaro qarları” (193, “Əcəl zəngi” (1940), “Qoca və dəniz” (1952) və s. kimi ciddi əsərlərin müəllifi olan Ernest Heminquey (1899-1961) Amerika ədəbiyyatının şöhrətini bütün dünyaya yayan söz ustadlarından biridir. Müharibənin barışmaz düşməni, xüsusən də faşizmə qarşı qətiyyətli mövqeyi ilə tanınan yazıçı uzaqgörənliklə bildirirdi: “Yalnız bir siyasi sistem var ki, heç vaxt yaxşı yazıçı yetirə bilməz-bu, faşizmdir”. Dahi Folknerə görə, “Qoca və dəniz” Heminqueyin ən yaxşı əsəridir, çünki bu əsərdə Heminquey əvvəl tapmadığı Allahı tapıb””. ”Əsl yazıçının işi günlər keçdikcə irəlidə əbədiyyətin, yaxud boşluğun olduğunu görməkdir”-deyən Heminquey öz həyatına intihar etməklə son qoymuşdur. Bu kitabda Ernest Heminqueyin “Əcəl zəngi” romanı, “Qoca və dəniz” povesti və hekayələri Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Ernest Heminquey
Nəşriyyat:
  • Kitab klubu