Amfibiya adam - Aleksandr Belyayev

9.99 AZN
 

Təsvir

A.Belyayev «Amfibiya adam» romanında insan tale­lərinin ziddiyyətli dramatizmini ön plana çəkir.

Cərrah Salvator insan orqanizmini mükəmməlləşdirmək, onu nəinki yer üzərindəki var-dövlətin sahibi, eyni zamanda dəniz və okeanların sirrini öyrənmək, onu öz iradəsinə tabe etdirmək üçün qeyri-adi cərrahiyyə əməliyyatı aparıb insanı suda-quruda yaşaya bilən bir canlıya çevirmək istəyir. Cərrah, məqsədinə nail ola bilmir. Təklikdə, bütün aləmdən kənar, gizli bir sığınacaqda doğan və həyata keçirilən bu niyyət, vəziyyətin bütün mürəkkəbliyini əhatə edə bilmir. İxtiandr – insan-balıq bütünlüklə dənizlərin dərinliklərinin sahibinə çevrilmir və uzun müddət torpaq üzərində yaşamaq qabiliyyətini də itirir. Özünün bütün kədərini, qüssəsini, vəziyyətinin acınacaqlı olduğunu dəniz kənarına Quttiereni görüb sevəndən və öz mənfəətlərini güdən iki avantüristin gizli niyyətlərinin obyektinə çevriləndən sonra anlamağa başlayır.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Janr:
  • Fantastika
Kitab növü:
Roman
Müəllif:
  • Aleksandr Belyayev