Yasunari Kavabata - Min durna

5.00 AZN
+

Təsvir

Bu roman 1952-ci ildə Yapon İncəsənət Akademiyası tərəfindən mükafatlandırılıb. Əsər yaponlar və onların çay mərasimlərindən, TakedadanBeppuya aparan uzun məhəbbət yolundan, həmçinin qədim fincanın qırılmasından bəhs edir. Etno psixoloji araşdırmalar yaponların mədəni alicənab və nəzakətli olduğunu edir. Onlar səliqəyə, intizama çox tələbkar, yaşlı nəslə qarşı həddən artıq böyük hörmətə malikdirlər. Onların valideynlərinə və ailəyə olan hörməti və sadiqliyi yaponlara xas olan spesifik xüsusiyyətdir. Məhz belə möhkəm ailələrin daxilində olan münasibət “Min durna” əsərinin əsas sujet xəttidir. Xanım Oota, Fumiko, Tikako və YukikoKikudzinin həyatında hansı yeri tuturlar? Kikudzinin uşaqlıq xatirələrinin bu insanlarla nə əlaqəsi var? Hansı hisslərdə Kikudzi, Fumiko və Yukiko öz xatirələrini yada salır? Hansı münasibətlər onları xarakterizə edir? Ənənəvi qaydalar yaponlara tamamilə açıq ürəkli olmağa imkan vermir. Onlar şəxsi münasibətləri müzakirə etməyi sevmirlər. Adi bir hörmətsizlik yaponiyalı üçün təhqiredicidir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Yasunari Kavabata
Nəşriyyat:
  • Kitab klubu