Viktor Hüqo - Səfillər

12.00 AZN
 

Təsvir

Yalnız fransız ədəbiyyatının deyil, dünya ədəbiyyatının da ən görkəmli simalrından sayılan Viktor Hüqo özünün parlaq istedadının məhsulu olan əsərləri ilə bəşər bədii fikri tarixini zənginləşdirmişdir. XIX əsrin bu korifey sənətkarınn yaradıcılığı ümumbəşər mənəvi sərvətləri xəzinəsində özünəməxsus yer tutur.Hüqo dühası, Hüqo irsi yer üzünün bütün xalqları üçün doğma və əzizdir.Hüqonun tükənməz yaradıcılıq aləmində “Səfıllər” romanının xüsusi çəkisi var. Dahi rus yazıçısı Lev Tolstoyun “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırdığı bu ölməz əsər, demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qazandırmışdır.Hamı üçün yazılmış “Səfillər” bu gün də qapıları döyür: “Açın, biz sizə gəlmişik”  deyir. Ölməz ədibin sahilsiz kədərinin ayrılmaz parçası olan bu şah əsəri hər bir insana mənəvi cəhətdən zənginlik qazandıracaq qüdrətə sahib romandır. Əgər  “Səfıllər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də bir xeyli yoxsul görünərdi.Victor Marie Hugo LES MISÉRABLES
Viktor Mari Hüqo SƏFİLLƏR
Bakı, Qanun Nəşriyyatı, “Əli və Nino” Nəşriyyatı, 2013
976 səhifə. 1000 tiraj
Tərcümə edənlər: Mikayıl Rəfili (I, II hissələr)
Beydulla Musayev (III, IV, V hissələr)

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Viktor Hüqo
Nəşriyyat:
  • Qanun Nəşriyyatı