Ülkər Ucqar - Balıqçı Əllərinə Doğru

3.00 AZN
+

Təsvir

Birinci kitab seriyasında Cənublu Şair Ülkər Ucarın kitabı nəşr olundu
Ülkər Ucqar imzası oxuculara bəzi ədəbi portal­lardan tanış olsa da, “Balıqçı əllərinə doğru” yazarın ilk kitabıdır. Güneyli şairənin şeirlərini fərqləndirən ən əsas cəhətlər: özünəxas ifadə ba­carığı, mövzu çeşidinin genişliyi, məna açarının çox vaxt kənar mətnlərdə – xüsusən Azərbaycan şifahi xalq yaradıcılığında və mifoloji qaynaq­lar­da olması. Ən əsası isə bu şeirlərin hər birin­dən insan səsi, insan nəfəsi gəlir. Ülkərin şeirlə­rinin başı göyə can atsa da, ayağı yerdədi: “Bir cüt dağ baş­mağınız qalıb bizdə, Qapı-qapı gə­zib, Gey­dirirəm oğlanlara, görək kimin ayağı­nadır?”
Ülkər Ucqar lirik “mən”in daxili hiss-həyəcanını dış aləmdən ayırmır, əksinə, daim harmoniya yaratmağa çalışır və bunların hər birini öz təbii rəngində çatdıra bilir. Bu rənglərin bütöv Azər­baycan poeziyasına rəng qatacağı da şübhəsizdir. Hərçənd ki, bu mətnlər bütöv kainatdan bəhs edir.
Bakı, “Qanun Nəşriyyatı”, 2011
76 səhifə, 500 tiraj

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Ülkər Ucqar
Nəşriyyat:
  • Qanun Nəşriyyatı