Şərif Ağayar - Haramı

5.00 AZN
 

Təsvir

2011. 304 səh.
Səməndər igid, qoçaq adamdır, ancaq cəmiyyətdə öz yerini tapa bilmir. Ona görə ermənilərlə təmas xəttində yaxın neytral bir zonada məskən salır. Zamanla uyuşmayan Səməndər cəmiyyətdən nə qədər uzaq qaçmağa çalışsa da mümkün olmur. Dərin ziddiyyətlər, bildiyiniz kimi qurbansız ötüşmür. Həmişə olduğu kimi yenə də zaman qalib gəlir! “Haramı” romanında qeyri-adi situasiyalara düşən Səməndərin müxtəlif xarakter cizgiləri açılır və oxucunun yaddaşında dərin izlər buraxır.
Haramı” müasir roman xüsusiyyətlərinə uyğun olaraq qələmə alınıb. Romanda yunan mifologiyası ilə Azərbaycanda ilk yazılı mənbə sayılan “Əhməd harami dastanı” və digər mətnlər arasında əlaqələr qurulub.
“Haramı” romanında 3 mətn vardır: əsas hadisələri əks etdirən mətn, 7 günlük gündəlik və 12 əhvalat. Rəqəmlərin xüsusi məna daşıdığı əsərdə əsas hadisələr bədii, gündəlik isə publisistik üslubda qələmə alınıb. Əhvalatlar ağız ədəbiyyatı janrında indiki zamanda nəql olunur.
Romanda detektiv xətt, erotik elementlər də vardır.
“Xürrəm” povestində heç bir fikrində sabit olmayan gənc yazarın düşdüyü tragikomik situasiyalar təsvir olunur.
Bakı, “Qanun” Nəşriyyatı, 2011
304 səhifə, 1000 tiraj.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Şərif Ağayar
Nəşriyyat:
  • Qanun Nəşriyyatı