Rövşən Yerfi - Qazamat sanitarları

5.00 AZN
 

Təsvir

Həbsxana həyatından yazdığı roman və povestləri ilə tanınan yazıçı Rövşən Yerfinin bu günlərdə "Qazamat sanitarları" adlı yeni romanı çapdan çıxıb.
"Zero" nəşriyyatında işıq üzü görən kitabda cəza yerlərinin müasir həqiqətlərindən danışılır. Təsvir edilən əhvalatlar oxucuya həbsxanadakı bir-biri ilə sərt təzadları olan təbəqələr arası münasibətlərlə yanaşı, fiziki və mənəvi üzdəniraqlığı şərtləndirən əlamətləri də aydınlaşdırmağa kömək edir.
Kitaba "Residivist" povesti də əlavə olunmuşdur.
Rövşən Yerfi məhbəs mövzusuna aid olan "Üzdəniraq ada", "Qadın düşərgəsi" və "Penitensiar lövhələr" adlı kitabların da müəllifidir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Rövşən Yerfi
Nəşriyyat:
  • Hədəf Nəşrləri