Rövşən Abdullaoğlu - Relslər üzərinə uzanmış adam

9.00 AZN
 

Təsvir

Əsərin qəhrəmanı psixologiyaya məlum olmayan bir xəstəlikdən əziy­­yət çəkir. Buna görə də o, cəmiyyətdən təcrid olunmuşdur. Həyatı boyu 31 tanınmış psixoterapevtin qəbulunda olan bu şəxs xilas yolunu in­­tiharda gö­rür. Beləliklə də o, relslər üzərinə uzanaraq ölüm qatarının gəl­­­məsini gözləyir. Onun yüzlərlə intihar forması arasından şüuraltı ola­raq məhz rels­ləri seçməsi də səbəbsiz deyildir.
Relslər üzərində ölüm qatarını gözləyərkən onun yanına intihar ucun daha bir nəfər gəlir. Onun ağlına belə gəlməzdi ki, bu yad insan onu qaranlıq keçmişi ilə bir daha üz-üzə qoyacaq və bu görüş onun həyatını ta­ma­­milə dəyişəcəkdir. Bu yad insanla o, bir-birlərinə daxili cəhənnəmlərinin qapısını açacaq və bir-birilərini öz gizli aləmləri ilə tanış edəcəklər. Son­­da o yad insan onu həyatının ən mühüm və dəhşətli seçimi qarşısında qoyur. Özü də bir deyil, bir neçə amansız seçim…
Bu annotasiyanı oxuyan elə biləcəkdir ki, əsərin qəhrəmanı relsler üzə­rinə uzanan bu şəxs və o yad insandır. Ancaq onlar hər ikisi əsas hadi­sə­lə­rin başlanması üçün bir müqəddimədirlər. Ən dəhşətlisi isə budur ki, onlar baş ve­rən bü­tün müsibətlərin eyni zamanda da ən böyük qurbanlarıdırlar.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Rövşən Abdullaoğlu
Nəşriyyat:
  • Kitab klubu