QORİO ATA - Onore de Balzak

9.49 AZN
 

Təsvir

“Qorio ata” romanı “Bəşəri məzhəkə”nin sütunlarından biridir. Bu əsərdə yazıçı yoxsul tələblərin, katorqaçıların, müflisləşmiş burjuaların, pozğun və amansız kübar xanımların, fırıldaqçı tacirlərin dolaşdığı mühitdə “ictimai mühərrik”in doğurduğu müsibətləri, insanlara aşıladığı eybəcər əqidəni, yaratdığı mənəvi uçurumu qüdrətlə əks etdirmişdir. Qoca Qorio da bu cəmiyyətin və onun yaratdığı əxlaqın qurbanıdır. Min bir fırıldaqla sərvət qazanan, bütün varlığını övlad məhəbbətinə qurban verən bu zavallı insan ölüm ayağında boynuna alır ki, pul insana hər şey, hətta övlad bəxş edir.
Honoré de Balzac LE PÈRE GORIOT
Onore de Balzak QORİO ATA
Bakı, Qanun Nəşriyyatı, 2015, 348 səhifə, 1000 tiraj
Çapa imzalanmışdır: 27.05.2015
Tərcümə: Mikayıl Rəfili
Korrektorlar: Cəmilə Aslan
Ceyran Abbasova

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Nəşriyyat:
  • Qanun Nəşriyyatı