Patrick Modiano - Kimliyi bəlli olmayan qadınlar

5.00 AZN
 

Təsvir

Patrik Modianonun adı son vaxtlaracan dünya oxucusuna o qədər də tanış deyildi. 2014-cü ildə ədəbiyyat üzrə Nobel müka-fatına sahib olması Modianonun yazıçı taleyində böyük dəyişiklik yaratdı. İndi bütün dünya oxucusu bu nasirin əsərlərini axtarır, onu dərindən tanımaq istəyir. Nobel Akademiyası fransız yazıçısını "işğal altında həyat tərzinin insan taleyinə təsirinin dərkinə yönələn xatirələri məharətlə təsvir etdiyinə görə" mükafata layiq gördüyünü qeyd edib. Elə sizə təqdim olunan bu romanda da 2-ci dünya müharibəsindən sonra insan taleyi əks olunub. Üç müstəqil hekayətdən ibarət bu romanda üç qadının taleyi verilsə də, bunlar sanki bir əlin barmaqları kimidirlər – ağır həyat tərzinin kimliyi bəlli olmayan insanlara çevirdiyi qadınlar. Əsərdə müharibənin vurduğu yaralar, dərin lirizm və psixoloji nüanslar üstünlük təşkil edir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Patrick Modiano
Nəşriyyat:
  • XAN nəşriyyatı