Onore de Balzak - Seçilmiş əsərləri

13.00 AZN
+

Təsvir

Onore de Balzak (1799-1850) öz dövrünün ictimai həyatının bütöv mənzərəsini yaratmış böyük fransız yazıçısıdır. Onun qələmə aldığı romanlar və hekayələr bütün dünyada “Bəşəri komediya” adı altında məşhurlaşmışdır. Balzaka qədər heç kim tamahkarlığı və varlanma cəhdlərini, karyerizmi əsas həyat stimulu kimi qəbul edən bu cür obrazlar qalereyası yaratmağa müvəffəq olmamışdır. Yazıçının mükəmməl təhkiyə texnikasını, təsvir ustalığını, dramatik intriqa yaratmaq bacarığını nəzərə alan ədəbiyyatşünaslar onu “müasir romanın atası” adlandırırlar. Balzakın “Qobsek” (1830), “Qulan dərisi” (1931), “Qorio ata” (1834) və s. kimi romanları bütün zamanlarda oxucuların sevə-sevə oxuduğu əsərlərdir. Bu kitabda Onore de Balzakın “Qorio ata”, “Qulan dərisi” romanları, “Qobsek” və “Polkovnik Şaber” novellaları Azərbaycan oxucusunun ixtiyarına verilmişdir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Onore de Balzak
Nəşriyyat:
  • Kitab klubu