Olivye Adam - Qəlbin xilası

6.00 AZN
+

Təsvir

“Uzaqdan baxanda heç nə görünmür” – bu sözlər qardaşı Natanın dilindən əskik olmazdı. Çox sevdiyi qardaşının ölümündən sonra bu günə qədər “həddən artıq mükəmməl” keçən həyatı Saranın gözündə günbəgün yadlaşmağa başlamışdı. Sarsılmış Sara yubanmadan Yaponiyaya yola düşür və laçın qayalığın ətəyindəki kiçik bir kəndə sığınır. Onlarla digər insanlar kimi sıldırım qayalıqdan tullanıb intihar etmək istəyən Natan məhz burada, Natsüm adlı yaşlı və tənha bir kişinin himayəsində dinclik tapa bildiyini demişdi. Artıq həyatda olmayan qardaşının gəzdiyi yerlərdə dolaşan Sara sonuncu dəfə ona yaxınlaşmağa can atırdı. Lakin burada o, öz həyatını kəşf edir, öz macərasını yaşamalı olur. Burada o özünü tapır və qəlbini narahat edən sıxıntılardan, təlatümlərdən xilas olur…
Hisslərə və təəssüratlara xüsusi yer ayıran, mənzərə təsvirləri ilə yanaşı, obrazların daxili hiss-həyəcanlarını da qələmə alan Olivye Adam “Qəlbin xilası“ əsərində insan qəlbinin ən xırda, ən incə çırpıntılarını da ustalıqla təsvir etməyə nail olmuş, bu qəlbin dincliyini əlindən alan mühüm məsələlərə toxunmuşdur.
Olivier Adam le coeur regulIer
Olİvye Adam Qəlbİn xİlası
Bakı, Qanun Nəşriyyatı, 2014, 220 səh., 1000 tiraj
Tərcümə: Çimnaz Vəliyeva
Redaktor: Fəxrəddin Ağazadə
Korrektor: Flora Əliyeva
ISBN 978-9952-26-721-1

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Olivye Adam
Nəşriyyat:
  • Qanun Nəşriyyatı