O.Pamuk - Məsumiyyət muzeyi

9.40 AZN
 

Təsvir

Türkiyənin Nobel mükafatı laureatına sahib olan yazı­çı­sı Orxan Pamukun altı ilə yazdığı gözəl eşq romanı bu sözlərlə başlayır.
“Məsumiyyət muzeyi”ni oxuyarkən yalnız eşqlə deyil, ev­lilik, dostluq, intim münasibətlər, şəhvət, ailə və xoş­bəxtliklə bağlı bütün düşüncələrinizin yerindən oynadığını və hekayənin cazibəsindən heç ayrılmaq istəmədiyinizi gö­rəcəksiniz.
1975-ci ilin bir yaz günü başlayıb bu günə qədər da­vam edən istanbullu varlı gənc Kamalla onun uzaq və yox­sul qohumu Füsunun hekayəsi sürəti, hərəkəti, hadisə­lə­rinin və qəhrəmanlarının zənginliyi, yumor hissi və insan ruhunun dərinliklərindəki fırtınaları hiss etdirmə gücüylə əlinizdən yerə qoymayacağınız və təkrar-təkrar oxuyaca­ğı­nız kitablardan biri olacaq.
Türkiyədə və dünyada milyonlarla oxucunun sevgi və heyranlığını qazanan, kitabları 58 dilə tərcümə olunan və hər yeni romanı böyük bir maraqla gözlənən Pamuk “Mə­sumiyyət muzeyi”ndə oxucularına unudulmaz yuxular ki­mi yaddan heç çıxmayacaq sarsıdıcı bir hekayə danışır.
Переплёт:bərk üz gabıqlı
ISBN:9789952263091
Buraxılış ili:2012 г.
Qanun:Qanun
çəki:300 г.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Orhan Pamuk
Nəşriyyat:
  • Qanun Nəşriyyatı