Moris Meterlinki - Seçilmiş əsərləri

13.00 AZN
 

Təsvir

Fransız dilində yazan Belçika şairi, dramaturqu və filosofu, “Təxəyyüllə və poetik fantaziyalarla zəngin dram əsərlərinə görə” ədəbiyyat üzrə Nobel mükafatı laureatı olmuş Moris Meterlinki absurd teatrının banilərindən biri sayırlar. Yazıçının “Şərq-Qərb” Nəşriyyat Evində nəşr olunan “Seçilmiş əsərləri”ndə “Arıların həyatı” romanı və müxtəlif pyesləri oxuculara təqdim olunmuşdur.
“Müdrik ol, onda hər şeydən əvvəl xoşbəxt olmağı öyrənəcəksən” deyimi Meterlinkin bütün əsərlərinin mahiyyətini təşkil edir. Nağıl aləmindən bəhrələnən və simvollar üzərində qurulan pyeslərində birmənalı olaraq cəmiyyətə verdiyi mesajların da arxasında sevgi və xoşbəxtlik dayanır.
Nobel mükafatı laureatları seriyasına daxil olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Moris Meterlinki
Nəşriyyat:
  • Kitab klubu