Knut Hamsun - Misteriyalar

7.99 AZN
 

Təsvir

Romanda hadisələr dramatik, son dərəcə gərgin, kəskin psixoloji konfliktlər
və toqquşmalar, anlaşılmaz müəmmalar fonunda baş verir. Surətlərin, xüsusən də
əsərin qəhrəmanı Nagelin hərəkətləri hadisələrin arxasında gizlənir. Yazıçı baş
verənlərin üstünə sirr pərdəsi çəkərək əsəri sətiraltı anlamlar üzərində qura bilib.
O, qarşısına «çağdaş insanın ağılla, düşüncə ilə dərk edilməyən mənəvi həyatını
araşdırmaq» kimi bir vəzifə qoymuşdur. Ona görə də roman qəhrəmanının başına
gələnlər onun qeyri-adi təbiətinə köklənmiş olur. Nagel həyatın özünə misteriya,
şəbih və müəmma kimi yanaşır və bu da onu bədbəxt bir taleyin sonuna aparıb
çıxarır. O, şəxsiyyəti bütöv olan insan deyil, daima və hər yerdə ziddiyyətli
davranır, sevgidə uğursuzluğa düçar olur. Nəhayət ki, gündəlik həyatın boşluğu
onu bezikdirir, Nagel ətraf aləmə bütün marağını itirərək dəlilik həddinə çatır və
axırda da özünü dənizə ataraq intihar yolunu üstün sayır.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Knut Hamsun
Nəşriyyat:
  • Qanun Nəşriyyatı