Jan Kormye - Çe Gevara

11.99 AZN
 

Təsvir

“Realist olun – mümkün olmayanı arzulayın!” (Ernesto Gevara)
Jan-Pol Sartr onu “XX əsrin ən mükəmməl insanı” adlandırıb. “Çe” təxəllüslü Ernesto Gevara 1928-ci ildə Argentinada dünyaya gəlib. 1956-cı ildə o, Fidel Kastro və daha 80 inqilabçı ilə birlikdə Meksikadan Kubaya – diktator Batistanı devirmək üçün yollanıb. Onun ruhu Maestra dağlarında dolaşır: həkim, inqilabçı, alim, şair… “Bu insanı Tanrı yollayıb”, – onun yanına müalicə üçün xəstə övladlarını gətirən kəndlilər deyirdilər.
Əzilən insanlara yardım etmək arzusu onu Konqoya və Boliviyaya aparıb çıxarır. 1967-ci ilin 9 oktyabrında Boliviyada qətlə yetirilir.
Çenin obrazı ədiblər üçün cəlbedicidir. Onun şəxsiyyəti haqda cəsarətlə söyləmək olar: Çe bütün dövrlərin və bütün xalqların tarixinə adını həkk edib.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Jan Kormye
Nəşriyyat:
  • Qanun Nəşriyyatı