Homer - Odisseya

14.00 AZN
 

Təsvir

Yunanlar deyirdilər ki, onları qədim zamanlarda yaşamış kor şair Homer yaratmışdır. XIX yüzilədək yunan uşaqları oxumağı Homerin “İliada” və “Odisseya” poemaları əsasında öyrənirdilər. Troyanın süqutundan sonrakı dövrün geniş epik mənzərəsini əks etdirən “Odisseya” poeması hələ eramızdan əvvəl III əsrdə latın dilinə tərcümə olunmuşdu. “Şairlər çox olsa, Homerə qədər heç kəsin belə bir poema yazdığını deyə bilmərik”,-yunan filosofu Aristotel “Odisseya” haqqında yazırdı. “Odisseya” poeması qədim yunan mədəniyyətinin öz sərhədlərini genişləndirdiyi dövrün bənzərsiz söz abidəsidir. “Odisseya” eposunda da Homer hadisələrin bədii təqdimatında xronoloji ardıcıllığa riayət etmir. Lakin bu ardıcıllıq ustalıqla və əsərin bütövlüyü qorunmaq şərti ilə pozulur. “Odisseya” Qədim Yunanıstanın sosial həyatını, mədəniyyətini öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Homer
Nəşriyyat:
  • Kitab klubu