Homer - İliada

14.00 AZN
 

Təsvir

Homer-əsərləri günümüzəcən gəlib çatan ən qədim söz ustalarındandır. Homerin həyatı çoxsaylı əfsanələrdən ibarətdir-onun eramızdan əvvəl VIII əsrdə yaşadığı güman olunur...Homerin vətəni olmağa 7 şəhər iddialıdır; araşdırıcılar arasında üstünlüyü Kiçik Asiyadakı Smirnəyə verənlər daha çoxdur. Yunan mifologiyasını və tarixi hadisələri əks etdirən “İliada” poeması Troyanın mühasirəsi haqqındakı möhtəşəm sənət abidəsidir. Homer özü Troya müharibəsinin müasiri olmadığı halda, bu əsərdə təsvir və tərənnüm etdiyi hadisələrin iştirakçısı kimi görünür. “İliada” qəhrəmanları müəyyən şəraitdə öləcəklərini yəqin etdikləri halda, qarşılarına qoyduqları məqsəd yolunda, azadlıq yolunda cəsarətlə meydana atılır, mərd-mərdanə vuruşur, ləyaqətlə həlak olurlar. Buna görədir ki, əsər dünya poeziyasında qəhrəmanlıq dastanı kimi əbədi ad qazanmışdır. Bu ölməz əsərin motivləri üzrə indiyədək saysız-hesabsız əsərlər yazılıb, şübhə yoxdur ki, bundan sonra da yazılacaq.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Homer
Nəşriyyat:
  • Kitab klubu