Herta Müller - Nəfəs yelləncəyi

9.50 AZN
+

Təsvir

Nobel mükafati laureati. 2010. 336 səh.
Herta Müller. Nəfəs yelləncəyi (Roman)
Bakı: Qanun Nəşriyyatı, 2010
” Ən yeni tərcümə” seriyasından Herta Müllerin “Nəfəs yelləncəyi” kitabı nəşr olundu. Kitab “Qanun nəşriyyatı”nın sifarişi ilə birbaşa Alman dilindən Zaur Səttarlı və Qurban Dağlı tərəfindən tərcümə edilmişdir. 2008 -ci ildə Nobel Mükafatı Laureatı olmuş Herta Müllerin Azərbaycanda yayım hüquqları “Qanun nəşriyyatı”na məxsusdur.
Rumıniya. Müharibənin sonu. Almanlar qorxu içində yaşayırlar.”Patrul məni aparmağa gələndə 1945-ci ilin yanvar ayının 15-i, gecə saat 3 idi. Şaxta şiddətlənirdi, havanın temperaturu -15° C idi.” Gənc adam öz hekayətini belə başlayır. Onun qarşısında heç cür təsəvvür edə bilməyəcəyi beş il var. Onu tamamilə başqa bir insan kimi geri qaytaracaq beş il.
Herta Müllerin “Nəfəs yelləncəyi” bir hadisədir. Mübaliğəli, poetik bir romanda o, Zibenbürgendən olan bir gəncin rusların əmək düşərgəsindəki taleyindən bəhs edir.
“Mən masanın arxasında əyləşib, gecənin yarısını gözləməyə başladım. Gecəyarısı tamam olsa da, patrul gecikirdi. 1-2 saat da keçdi və buna dözməyə artıq tabım yox idi. Nəhayət onlar gəldilər. Anam mənə qara rəngli məxmər parça zolağı olan paltonu geyinməyə kömək etdi. Sürüşüb paltonun içinə girdim. Anam ağlayırdı. Yaşıl əlcəkləri taxdım. Taxta dəhlizdə, düz qaz sayğacının olduğu yerdə nənəm mənə dedi: “Mən bilirəm ki, sən geri dönəcəksən”.
Bu cümləni məqsədli şəkildə yadda saxlamağa çalışmamışam. Mən onu bilmədən özümlə düşərgəyə aparmışdım. Heç bu cümlənin məni müşayiət etdiyini də bilmirdim. Amma belə cümlələrin müstəqil kimliyi olur. O götürdüyüm kitablardan daha çox mənim qəlbimdə çalışmışdır. “Mən bilirəm ki sən geri dönəcəksən” ürək formalı bel ilə əlbir və aclıq mələyi ilə rəqib oldu. Geri döndüyümə görə deyə bilərəm ki, belə bir cümlə insanı həyatda saxlayır”.
Herta Müller insanların həyatına öz damğasını vuran hadisələrdən danışır. Oskar Pastor və düşərgədən digər zərərçəkmişlərlə çoxsaylı görüşlərindən yetərli material toplamış və sonra bunları roman halına salmışdır. Beləlikə o, Avropa tarixinin hələ də tamamən qapalı qalmış bir səhifəsini cavan bir oğlanın kifayət qədər dərin individual həyat hekayəti ilə çatdıra və unudulmuş mənzərələrdə əks etdirə bilir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Herta Müller
Nəşriyyat:
  • Qanun Nəşriyyatı