Haruki Murakami - Haruki Murakami

8.00 AZN
 

Təsvir

Murakami yaradıcılığı ilə ilk dəfə “Kafka Sahildə” əsəri ilə tanış oldum. Əsəri çox bəyənmişdim, ikinci dəfə də Murakami yaradıclığına müraciət edərkən oxuyacağım kitabın vaxt itkisi olmayacağıa əmin idim. Elə əsərlər var ki, oxuyanda istədiyin bütün yaşantıları o əsərdə tapa bilməzsən, amma Murakaminin əsərlərində insan hisslərinin necə ustalıqla təsvir olunduğunun şahidi olursan, bir yazarın zövqü ilə o yazarla zövqü üst-üstə düşən “özünün, məninin” şahidi olursan, sən hər şeyi olmasada çox şeyi öyrənirsən Murakamidən.
Çox sevirəm mistikanı, qeyri-reallığı, uydurma sujetləri ki, hansı ki, əsər elə ustalıqla qeyd olunur ki, hətda sən artıq bu uydurmaya inanırsan, bax budur əsl ədəbiyyat, real olmayana oxucunu inandırmaq. Murakami doğurdan da canlı əfsanədi, hər şeyə inanmayan bir insanı öz əsərlərindəki qeyri-reallıqlara inandıra bilibsə, demək Murakami əsl söz ustadıdı.
Bütün əsərlər haqqında kiçik məlumatı oxuyanda nədənsə həmişə standartlara uyğun olaraq baş qəhrəmanlardan söhbət açılır, amma mən adətən esselərimi yazanda mənə hansı xarakter daha maraqlı gəlibsə o obrazdan danışmağı sevirəm. “Norveç meşəsi” əsərində demək olar bütün obrazlar maraqlı, qeyri-adi, intelektual idi. Bu əsərdə mən mənfi obraz görə bilmədim, əsas qəhrəmanlar hamısı müsbət xarakterə malik insanlar idi.
Mənə çox maraqlı gələn obrazlar, düşüncə tərzinə görə Naqasava, məni çox güldürdüyünə görə Midori və qəribə xarakterli Reyko obrazı oldu.
Naqasava dahi oxucu idi, o deyirdi ki, ölümündən ən az otuz il keçməyən yazarların kitablarını oxumayın. O, deyirdi ki, zamanın süzgəcindən keçməyən əsərlərə vaxt sərf etmək riskini gözə almayın. Naqasava hamının oxuduğu kitabları oxumurdu, o düşünürdü ki, hamının oxuduğu kitabı oxuyanda insan hamı kimi düşünür, bu isə bəsit, geridə qalmış adamların işidi.
Midori isə nələr deyirdi və hansı hərəkətləri edirdi, bax onu əsəri oxuyanda bilərsiz
Reyko isə deyirdi ki, Hamımız mükəmməl olmayan dünyada yaşayan yarımçıq adamlarıq.
Digər maraqlı və baş qəhrəmanlar isə Naoko və Vatanabe idi ki, Naokonun çox ciddi psixoloji prablemlərinin olmasına baxmayaraq Vatanabe onu sevir. Naoko Vatanabenin sevgisinə cavab verə bilirmi? Qaçılması mümkün olmayan alın yazısından Vatanabe özünü və Naokonu xilas edə bilirmi? Naokonun keçmiş sevgilisi olan Kidzukinin sevgisi daha güclü olur? Yoxsa Vatanabenin? İki dost arasıda və iki dünya arasındakı mübarizədə hansı qalib gəlir? Bütün bu suallara cavab tapmaq istəyirsinizsə əsəri oxumağı bu ilki planınıza mütləq daxil edin.
Murakamini birinci əsərindən musiqi vurğunu kimi tanımışdımsa, artıq bu əsəri deməyə əsas verir ki, Murakami hətda Pişikləri də çox sevir.
Əsəri oxumamışdan öncə elə düşünürdüm ki, bəzi səhnələri avtobioqrafiq olan bu əsəri Murakami Norveç Meşəsindəki yaşantılarından yazıbdı, amma əsəri oxuyanda aydın oldu ki, əslində yazar bu adı çox sevdiyi musiqidən , “Bitlz”in “Norwegian Wood”undan götürüb.
Kədər bizə nə öyrədir öyrətsin, gələn dəfə başqa, heç gözləmədiyin kədərlə üz-üzə gələndə o təcrübə sənə heç cürə kömək ola bilmiyəcək, bu cür təcrübələrdən istifadə etməmək arzusuyla,,,,,,,,,,,,,,,,,,

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Haruki Murakami
Nəşriyyat:
  • Qanun Nəşriyyatı