Frederik Beqbeder - 99 Frank

7.00 AZN
 

Təsvir

«Hamımızın beyninə bizi kədərləndirən arzular yeridirlər».“99 frank” romanı reklam biznesinə acı satiradan ibarətdir.Reklam ticarətin, iqtisadiyyatın, istehlakın təkanverici qüvvəsidir. Bu qüvvənin məqsədi sizi ehtiyacınız olmayan, amma dəbdəolan şeylərin arzusuna salmaqdır. Ən əsası, minlərlə mənfəət pərəst insanları yalnız bir məqsəd bu məhsulu sizə satmaq birləşdirir. Oktav məhşur reklam agentliklərinin birində mətn yazarıişləyir və dediyi kimi, dünyanı zibilləməklə məşğuldur. O, dünyanı yaradıcı şəkildə, zövqlə, böyük ustalıqla zibilləyir. Onunhəyatı reklam yaradıcılığından, qlamurdan, kokain və qadınlardan ibarətdir. Onun gəliri istənilən şəxsin ən böyük arzusudur.Belə olan tərzdə həyatdan başqa nə istəyəsən? Bəs əsərin başqəhrəmanı özünü xoşbəxt hiss edirmi? Şübhəsiz ki, “99 frank” romanı Frederik Beqbederin ən yaxşıromanlarından biridir. Əsər avtobioqrafik xarakter daşıyır, 2000-ciildə kitab ilk dəfə işıq üzü görmüş və yazıçının işlədiyi məhşur reklam agentliyindən qovulması ilə nəticələnmişdir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Frederik Beqbeder
Nəşriyyat:
  • Qanun Nəşriyyatı