Frans Teodor Çokor - Axınla birgə

3.00 AZN
 

Təsvir

Klassik dram ənənəsinə uyğunluq baxımından Çokor yaradıcılığında yeganə istisna təşkil edən «Axınla birgə» pyesi – Aristotel nəzəriyyəsinin prinsiplərinə uyğun tərzdə – eyni məkanda bir sutka ərzində baş verən konkret hadisədən bəhs edir.
Müəllif öz yaradıcılığı üçün də yeni olan bu unikal əsəri – XX əsrin görkəmli simalarından birinin – Alfred Kubinin xatirəsinə ithaf etməklə, əsərin bilavasitə dahi Kubin sənətinin təsirindən yarandığına işarə etmişdir. Bütün yaradıcılığından Rilkenin «Biz gülürük, ölümsə bizim içimizdə gülür» motivinin qırmızı xətt kimi keçdiyi Kubin sənətini isə öz dərin pessimizminə – «əlçatmaz bədbinlik səviyyəsinə» görə yalnız Kafka yaradıcılığı ilə müqayisə etmək mümkündür.
Dünya dramaturgiya tarixində yeni səhifə açmış Frans Teodor Çokor, Avstriya ədəbiyyatının Rayner Maria Rilke, Frans Kafka kimi ədəbi nəhəngləri ilə bir sırada duran qüdrətli sənətkardır.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Frans Teodor Çokor
Nəşriyyat:
  • Qanun Nəşriyyatı