Filippa Qreqori - Boleyn nəslindən daha bir qiz

13.00 AZN
 

Təsvir

Mariya Boleyn əsil-nəcabətli, ağıllı və gözəl bir xanımdır. O, saray intriqanı doğma dayısının təhrikiylə oğlu və varisi olmayan kral VIII Henrixin məşuqəsi olur. Boleynlər nəsli bu əlaqənin və nikahdan kənar doğula biləcək varisin hesabına öz vəziyyətlərini yaxşılaşdırmaq və təsir dairələrini genişləndirmək ümidindədirlər. Ancaq Mariyanın bacısı Anna Boleynin daha uzağa gedən planları var. O çox incə bir oyun qurur, kralın yanında yer tutmaq üçün bacısı Mariya ilə rəqabət aparır və gələcəkdə kraliça olmağa ümid bəsləyir…
Filippa Qreqori – ən məşhur müasir ingilis yazıçılarından biridir. Onun ingilis kral və kraliçaları haqqında sanballı tarixi romanları bir çox dünya dillərinə tərcümə edilmiş, “Boleyn nəslindən daha bir qız” romanısa artıq dünya bestselleri sırasına daxil olmuşdur.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Filippa Qreqori
Nəşriyyat:
  • Qanun Nəşriyyatı