Fərhad Məmmədov - On il zirzəmidə

3.00 AZN
 

Təsvir

2011. 88 səh.


Qanun nəşriyyatının öz hesabına gənclər üçün başladığı BirİnciKitab seriyasından “On il zirzəmidə” kitabı nəşr olunub.
Ədəbiyyatşünaslar elmi fantastikanın bir janr olaraq tam formalaşmasını ötən əsrin 20-ci illərinə aid edirlər. Elmi fantastika Azərbaycan ədəbiyyatında geniş yayılmasa da, bəzi örnəkləri olmamış deyil. Yazar Fərhad Məmmədovun bu janra üz tutması bəlkə də ədəbiyyatımızda “elmi-fantastik boşluğu” müəyyən qədər dolduracaq və öz azərbaycandilli oxucu çevrəsini yaradacaq.
“On il zirzəmidə” kitabına gənc yazarın “Qorxulu əhvalatlar” mistik və elmi- fantastik hekayələr silsiləsindən iki – “Neyrotron” və “On il zirzəmidə” hekayələri salınıb. Hekayələr gözlənilməz, qorxulu və ağılçaşdıran sujet xətti ilə ma raq doğurur.
Bakı, Qanun Nəşriyyatı, 2011.
88 səhifə. 500 tiraj.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Fərhad Məmmədov
Nəşriyyat:
  • Qanun Nəşriyyatı