Əziz Nesin - Hekayələr

4.00 AZN
altun44
Mövcüd
 

Təsvir

Rəssam: Elçin Cabarov
Kitabın ölçüləri: 12.5 sm x 20.0 sm
Səhifələrin sayı: 192
Qiymət: 4 AZN
Kitab haqqında qısa məlumat Müasir türk ədəbiyyatının görkəmli nümayəndələrindən olan Əziz Nesin (Məhmət Nüsrət, 1915-1995) bir yazıçı kimi ədəbi fəaliyyətə 1945-ci ildən “Qaragöz” qəzetində və “Yeddi gün” jurnalında çalışarkən başlamışdır. Qara yumor ustası olan Əziz Nesinin əsərləri dünyanın 78 ölkəsində çap olunmuş, bir çox beynəlxalq mükafatlara layiq görülmüşdür. 1956-cı ildə İtaliyada “Qızıl Palma”, 1966-cı ildə Bolqarıstanda “Qızıl kirpi” mükafatlarına layiq görülmüş, 1969-cu ildə isə Moskvada keçirilən Beynəlxalq yumor müsabiqəsində birinci yeri tutmuşdur. Bundan başqa, 1974-cü ildə Asiya-Afrika Yazıçılar Birliyinin “Lotos” mükafatını qazanmışdır. 50-ci illərin ortalarından başlayaraq Əziz Nesinin bir çox hekayəsi Azərbaycanın qəzet və jurnallarında dərc olunmuş, dəfələrlə kitabları buraxılmışdır. Bu hekayələr ilk illərdə İsmayıl Şıxlı (“Taxtalıköydən məktublar”), Qılman İlkin (“Kor döyüşü”) kimi ədiblər tərəfindən Azərbaycan dilinə çevrilmişdir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Aziz Nesin
Nəşriyyat:
  • Altun kitab