Əziz Alpoud - Həyatımın hekayətləri

9.60 AZN
 

Təsvir

Bu kitabı XX əsrin tam yarısının Azərbaycan azadlıq hərəkatının canlı ensiklopediyası ad¬landırmaq olar. Müəllif bu prosesdə şəxsən iştirak eləyib, həm də təkcə iştirak et¬məklə qalmayıb, ha¬di¬sələrin yönləndirilməsi və şəkilləndirilməsində müəyyən rol oy¬na¬yıb. Bu baxımdan da əsər çox canlı, cana yaxın, insanın qanını donduracaq səviyyədə təsirlidir. Kitab oxucuya o günləri canlı şahid kimi yaşatdırır. Demokratik Respublikanın qurulması, XI Qırmızı ordunun ölkəmizi işğal etməsi, dəhşətli bolşevik zin¬dan¬ları, hazırlanan qiyamın beşikdəcə boğulması, Sibirə qədər aparan vahiməli yol, dövrün tanınmış şəxsləri ilə bu yolları birgə keçmək – oxucu kitab boyu hadisələrin içində olur, bəzən qəzəblənir, bəzən göz yaşı tökür, bəzən də eynən müəllif kimi sabaha qırılmaz ümidlə yaşayır.
Əziz Alpoudun (həqiqi adı Mi¬rəb¬düləziz Seyid) Sibir sürgünün¬dən necə inanılmaz yolla qurtulması, ailə faciəsi, öz azadlığına do¬ğru min kilometrlərlə velosipedlə getdiyi qanlı-başlı yollar, Adolf Hitlerə məktubu və aldığı cavab, Atatürklə dostluğu, Alpars¬lan Türkeşlə əqidədaşlığı, Azərbaycanın dünya boyu səpələnmiş istiqlal mücahidləri ilə sıx əlaqəsi kitabda son dərəcə təsirli şəkildə təsvir edilməklə əsəri son dərəcə oxunaqlı edir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Əziz Alpoud
Nəşriyyat:
  • Qanun Nəşriyyatı