Dilqəm Əhməd - Fərqlilər

10.00 AZN
+

Təsvir

Kitabda cümhuriyyət tariximizin məşhur simaları M.Ə.Rəsulzadəyə, Ə.Topçubaşova, Ə.Hüseynzadəyə, Ə.Ağaoğluna, A.İldırıma, M.B.Məmmədzadəyə, İ.Aşurbəyliyə, Ə.Cəfəroğluna, eləcə də M.Ş.Vazehdən dərs almış alman şairi F.Bodenştedtə aid olduqca maraqlı şəkil və məktublarla, Azərbaycan Parlamentinin açıldığı gün çəkilmiş nadir foto ilə, "Həyat" qəzetinin redaksiyasına, o dövrün digər məşhur təşkilatlarına, öndə gedən digər şəxsiyyətlərinə aid yeni məlumatla tanış olacaqsınız. Unikal sənədlər sayəsində bir çox bu kimi suallara da cavab tapacaqsınız:

Bakının xilaskarı Nuru paşanı kim öldürüb?
Nazim Hikməti Azərbaycanda təəccübləndirən nə idi?
Şəfiqə xanım Qaspıralı Nəsib bəy Yusifbəylinin sevgisindən niyə imtina edib?
Məmməd Səid Ordubadi Tiflis zindanında nələr görmüşdü?
Azərbaycanın ilk naşiri kim olub?
"Molla Nəsrəddin" jurnalı necə yaranıb?
Mirzə Kazımbəy niyə xristianlığı qəbul edib?
Heydər Hüseyunovu iki dəfə intihara vadar edən səbəb nə idi?
Marksı dilimizə ilk dəfə tərcümə edən Ruhulla Axundovu niyə öldürüblər?

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Dilqəm Əhməd
Nəşriyyat:
  • Teas Press