Dan Brown - Rəqəmsal qala

9.00 AZN
+

Təsvir

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin məlumat ba­zasına təhlükəli bir virus düşür. Təbii ki, əvvəl heç kim buna ciddi reaksiya vermir. Axı bu superdövlətin bütün gizli sir­lərinin toplandığı məlumat bankı dördqat, beşqat kiber­qalxanla müdafiə olun­muşdur. Bu virtual müdafiə qalxanını heç bir virus, heç bir xa­ker keçə bilməz. Lakin bir ne­çə saatdan sonra vəziyyət gərginləşir, məlum olur ki, MTA-nın ən məxfi, ən sürətli şifrəaçan kompyuteri yeni, “Rəqəmsal qala” adlı virusun şifrəsini açmaqda acizdir.
Beləcə, bir neçə saat ərzində yeni kompyuter virusu ABŞ Milli Təzlükəsizlik Agentliyinin məlumat bankının müda­fiə proqramlarını dağıdır. Əgər müdafiə qatları tam dağıl­sa, ölkənin cidd-cəhdlə qorunan bütün dövlət sirlərinə mil­yonlarla insanın əli çatacaq. Buna isə yol vermək olmaz, çünki bu, sözün həqiqi mənasında, fəlakətdir.
Bu məhvedici virusu zərərsizləşdirmək üçün məşhur krip­toqraf Syuzan Fletçer işə cəlb edilir. Paralel olaraq vi­rusu yaradan proqramçının da axtarışlarına başlanılır. Lakin o, çox da uzaqda yox, elə burda, Milli Təhlü­kəsizlik Agentliyinin içindədir. Bunu anlayan Syuzan isə bu təhlükəli vəziyyətlə üz-üzə qalır…
Переплёт:yumşaq
ISBN:9789952264265
Buraxılış ili:2013 г.
Nəşriyyat:Qanun
çəki:300 г.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Dan Brown
Nəşriyyat:
  • Qanun Nəşriyyatı