Corc Bernard Şou - Seçilmiş əsərləri

13.00 AZN
 

Təsvir

Hazırcavab, acıdil, müdrik, təkrarsız, ən ciddi məsələyə belə qeyri-adi ironiya ilə yanaşmağı bacaran, güclü yumor hissinə malik insan... Corc Bernard Şou haqqında deyilən bütün fikirləri bu sözlər birləşdirir. 70-ə yaxın pyes müəllifi öz sözünü güclü yumor və sarkazmla, lakonik dialoqlardakı dərin ironiya ilə oxucularına çatdırır. Əlbəttə, yaradıcılığının zirvədə olan vaxtında Şou realizmdən kənara çıxıb və müəyyən cəsarətli eksperimentlər aparmaqdan da çəkinməyib. Epistolyar janrda sistemli olaraq yazmaq vərdişinə isə sona qədər sadiq qalıb.O həm Nobel, həm də Oskar mükafatı alan yeganə yazıçıdır.Corc Bernard Şounun "Seçilmiş əsərləri" kitabına "Avqust öz payına düşəni yerinə yetirir", "Piqməlion", "Ürəkləri parçalayan ev", "Mayor Barbara", "Acı da olsa, həqiqətdir" pyesləri daxil edilmişdir.Ömrünün sonuna qədər yazıdan ayrılmayan nadir istedad sahibi Bernard Şou bütün əsərlərini yüksək peşəkarlıq və sadə üslubla qələmə almışdır. Yazıçının bu üslubu onun oxucu kütləsini daha da artırır.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Corc Bernard Şou
Nəşriyyat:
  • Kitab klubu