Cəlil Cavanşir - İtirilmiş əlyazma

3.50 AZN
 

Təsvir

2012,168 səh
Kitabda Azərbaycan tarixində önəmli yer tutan, Şirvanşahlar dövlətinə uzun müddət hökmdarlıq edən Dərbəndilər sülaləsindən və onların Xaçmaz mahalında (indiki Oğuz rayonunun Xaçmaz kəndində) yaşayan varislərindən söz açılır.
Real tarixi şəxsiyyətlərlə yanaşı, kitabda təxəyyül məhsulu olan qəhrəmanlardan, tarixin müəyyən dönəmində Azərbaycan tari­xində izi olan hökmdarlardan və elm adamlarından söhbət açılır.
Dayısının məsləhəti ilə ulu babalarının şəcərəsini yazmağa baş­layan müəllif, əsərin sonuna qədər yalnız babasının danışdığı əhva­latları yazır. Ancaq müəllifin axtardığı, babasından qalma bir dəftər də var…
Şirvanşah olmaq istəyən İbrahim Xaçmaz mahalında eşqə dü­şür…
Dünyəvi dövlət quran İbrahimlə könüllər sultanı Ərən üz-üzə­dir…
Şirvanşah Şeyx İbrahim oğluna nəyi vəsiyyət edir?
Hürufilərdən dərs alan Ərən necə xəlvəti şeyxinə çevrilir?
Nadiri devirmək istəyən Musa, onun ölümündən sonra nə üçün xanədanı bərpa etməkdən vaz keçir?
Teymurləngin doqquzuncu qulu…
Şeyx İbrahim ölümündən sonra oğlunun görüşünə gəlir…
Miranşah atası Teymuru nə üçün diri-diri tabuta qoyur?
“Cavidannamə”ni oxuyan Ərən yeddi il, yeddi ölkənin yeddi şəhərində dərvişlik edir…
Ərən saraya nə üçün müridi Seyid Yəhyanı göndərir?
Erməni təhlükəsini duyan Musa, dostu Pənahəli xan Cavanşirə nə məsləhət görür?
Və XX əsrin əvvəllərində doğulan Mirhüseyn oğlu Musa sovet “maşının”dan necə sağ çıxır?
Bəzən uydurma əhvalatlarla tarixi qarışdıranlar bu romanda əsl tarixi, mistika və elm həvəskarları isə öz axtardıqlarını ta­pa­caq.
Hadisələr sizi çox uzaqlara, XIV əsrə aparacaq…
Bəs itmiş dəftər tapılacaqmı?!
Bu sualın cavabını isə romanın sonuna çatanda biləcəksiniz…
Bakı, Qanun Nəşriyyatı, 2012
168 səhifə

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Cəlil Cavanşir
Nəşriyyat:
  • Qanun Nəşriyyatı