Ceff Qunhus - Əcinnə ovçusu Cek Templer

7.00 AZN
18754
 

Təsvir

Hal-hazırda bu kitab əlindədirsə, güman edirəm ki, artıq əcinnə ovçususan, ya da ovçu olmağa hazırlaşırsan. Ümid edirəm ki, mənim hekayəm döyüşlərdə sənə yardımçı olacaq. 
Amma əcinnə ovçusu deyilsənsə,
BU KİTABI DƏRHAL KƏNARA QOY!
Mən ciddi deyirəm.
Bu hekayə hər kəsin oxuması üçün deyil. Onun bəzi hissələrini köçürüb, ovçu olmayanların arasında yaydıqlarını eşidəndə özümü təhqir olunmuş hiss etdim. Bu kitabın yüzlərlə qanunsuz surətini tapıb məhv elədim. Amma inanmıram ki, hamısını tapa bilmişəm.

Bu, oyun deyil. Bu - həqiqətdir. Ona görə də növbəti hissəni diqqətlə oxu. Kitabı açsan əcinnələr bunu biləcəklər. Qanlı su köpək balıqlarını cəlb edən kimi, onlar da səni tapmağa can atacaq. İstədin-istəmədin, sən də mənim kimi əcinnələr dünyasına düşəcəksən. Əcinnə ovçusu olmaqdan başqa seçimin qalmayacaq. İnan mənə, sən hələ hazır deyilsən. Əcinnələr hər yerdədir. Uyğun təlim keçməsən, heç bir uğur qazana bilməyəcəksən. 
Yalvarıram, bu kitabı oxuma!
Oxusan da... sonra demə ki, sənə xəbərdarlıq etməmişəm.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Ceff Qunhus