Çarlz Bıkovski - Poçt idarəsi

5.99 AZN
 

Təsvir

“Poçt idarəsi” 12 ilə yaxın poçtda işləmiş Bukovskinin ilk romanıdır. 1970-ci ildə naşir dostu Con Martinin təkidi ilə işdən ayrılan 49 yaşlı Çarlz romanın əlyazmasını 3 həftədən sonra nəşriyyata təqdim edir. 1971-ci ildə işıq üzü görən “Poçt idarəsi” Bukovskinin beş avtobioqrafik əsərindən birincisi sayılır. Hər beş əsərin qəhrəmanı (“antiqəhrəman”) yazıçının özünü canlandırdığı Henri (“Hank”) Çinaskidir. Çinaski “Poçt idarəsi”ndə qarşımıza alkoqola meyilli və çılğın bir gənc kimi çıxır. Romanda poçt idarəsindəki iş mühiti, müxtəlif xarakterli obrazlar, cəmiyyətin eybəcərlikləri, Çinaskinin dəlisov həyat tərzi, Coysla qısa evliliyi, Betti ilə uğursuz sevgi macərası və Fey ilə ailə həyatı təsvir olunur. Bütün bunlar realda da baş verib. Coys obrazı Bukovskinin birinci arvadı Barbara Fray, Fey isə Frensis Smitdir. Betti də real qəhrəmandır, 1962-ci ildə ölüb. Çinaskinin qızı Marina-Luiza isə elə Bukovskinin qızı Marina-Luiza sayıla bilər.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Çarlz Bıkovski
Nəşriyyat:
  • Qanun Nəşriyyatı