Çarlz Beyli - Mayın yeddi günü

9.99 AZN
+

Təsvir

Amerika yazıçı-jurnalistləri: Fletçer Nobel və Çarlz Beylinin qələmə aldıqları “Mayın
yeddi günü” romanı siyasi detektiv janrının ən parlaq nümunələrindəndir. Bunu əsərin 50-
dən artıq əcnəbi dilə tərcümə olunması, milyonlarla nüsxədə və təkrar-təkrar nəşr edilməsi də
sübut edir.
Romanda hadisələr Amerikada baş verir. Pentaqon rəhbərliyinin ABŞ-da mülki
hakimiyyəti ələ keçirmək təşəbbüsü və kimlər tərəfindən bu niyyətin qarşısının alınması
yolları əsərdə olduqca axıcı bir dillə təsvir edilmiş, hadisələrin dinamikliyi, dramatizmi çox
gözəl işlənib hazırlanmışdır.
Hiss olunur ki, bu roman bir o qədər də təxəyyül məhsulu deyil, Amerika tarixinin son 50
ilində baş vermiş hadisələrin bədiiləşdirilmiş təsviridir.
Əsərdə prezident Limenin obrazı parlaq işlənilib. Məhz bu siyasi liderin örnək fəaliyyəti
nəticəsində ABŞ öz konstitusiyasından kənara saçmır və prezident təkcə baş verə biləcək
dövlət çevrilişinin qarşısını almaqla kifayətlənmir, həm də başqalarına pis nümunə olmasın
deyə, cəmiyyətin fikrində çaşqınlıq yaranmaması üçün onu müvəffəqiyyətlə ört-basdır edir.
Artıq ana dilimizdə də dərc olunan bu kitabın oxu–cular tərəfindən seviləcəyi və əldən-
ələ gəzəcəyi şüb-həsizdir.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Çarlz Beyli
Nəşriyyat:
  • Qanun Nəşriyyatı