Bricit Ober - Doktor Marçın dörd oğlu

3.00 AZN
 

Təsvir

Gündəlik tutan bir qatil… bu gündəliyi təsadüfən ələ keçirən xidmətçi… Gündəliyin müəllifi sayğın bir ailənin 18 yaşlı dördəmlərindən biridir. Xidmətçi isə oğurluq etdiyi üçün axtarışda olan və saxta adla sayğın ailədə xidmətçilik edən 31 yaşlı qadındır. Xidmətçi nə edəcəyini bilmir. Bir tərəfdən qatili tapmağa çalışsa da, digər tərəfdən də qaçıb uzaqlaşmağa, gördüklərini gizlətməyə çalışır. Olaylar Qatilin və Cenninin gündəlikləri əsasında inkişaf edir. Qətllər bir-birini əvəz etdikcə, Cenni qatilini gündəliyini oxumağa davam edir. Günlərin bir günü qatil Cenninin əməlindən xəbər tutur və qatillə Cenni arasında gizli, gərgin mübarizə başlayır. Ardıcıl cinayətlərin törədildiyi ABŞ-da baş verən olay oxucunu dəhşətli dərəcədə psixoloji gərginlikdə saxlayır.
Dedektivsevərlərin masaüstü kitablarından birinə çevriləcək bu kitabı nəfəs dərmədən oxumağa çalışacaqsınız.
Bəs əsil qatil kimdir? Bunu isə ən sonda biləcəksiniz…
“Hədəf Nəşrləri”nin “XAN” (“Xalqımız, Azərbaycanımız Naminə”) çeviri ədəbiyyatı layihəsi çərçivəsində tanınmış Fransız detektiv yazıçısı Bricit Oberin (Brigitte Aubert) dünyanın 30 dilinə çevrilmiş “Doktor Marçın dörd oğlu” çap olunub.
Kitabın çevirməni Cəlil Cavanşir, redaktoru Şəmil Sadiq, naşiri isə Müşfiq XANdır.
Dizayn və qrafika: Teymur Fərzi

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Bricit Ober
Nəşriyyat:
  • XAN nəşriyyatı