Bəhram Çələbi - Lotu Bəxtiyar

6.00 AZN
+

Təsvir

Uşaqlıqda maddi cəhətdən heç bir çətinlik görməyən Bəxtiyar məhbəsə düşdüyü ilk gündən Sovetlər ölkəsi­nin ən müdhiş siması ilə rastlaşır. Hər şeyin pulla öl­çüldüyü zəmanədə kobud və yırtıcı cəmiyyətin qaran­lıq, üfunətli dibində, qazamatlarda yaşam uğrunda mə­şəq­qətli, yorucu əlbəyaxaya, döyüşə girişir.

“Ölüm əgər ömürə ləyaqət gətirirsə, səni dərənin di­bindən dağ zirvəsinə qaldırar” – deyirdi Bəxtiyar. O da zirvə taleyi yaşadı. Cəmisi 39 bahar… Bu sinndə in­san bö­yük arzular, istəklərlə yaşayır. Ümidlər çox, illər qısa olur. Ömrünün yaşamalı dövründən səadət umduğu məqamla­rını yaşayırdı. Və bu məqamlarda o, kişilik, uca­­lıq, zirvə əks etdirən “Yarımçıq ömür nağılı” yarat­dı.

Qanuna olan inam hissi Bəxtiyarın həyat qayəsidir. O, əqidəsini tapmaq üçün daim məzlumların, əzilənlə­rin, ac-yalavacların yanına qayıdır, onların yaşamını qay­daya salmaq naminə öz həyatından keçməyə hazır olduğunu sübutlayır. Təbiətən mərd, əyilməz, dönməz bir cəfakeş idi Bəxtiyar.

Bakı, Qanun Nəşriyyatı, 2012.

296 səhifə. Qiyməti: 6 AZN

Redaktor              Anar Mahmudoğlu

ISBN  978-9952-26-337-4

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Bəhram Çələbi
Nəşriyyat:
  • Qanun Nəşriyyatı