Antonio Tabucchi - Pereyra İddia edir

5.00 AZN
+

Təsvir

Bu əsər, zülmə, ədalətsizliyə, özbaşınalıq və avtoritorizmə qarşı mübarizənin ən parlaq nümunəsidir. Əsərin qəhrəmanı Pereyra adicə jurnalistdir, onu mə­dəniyyət səhifəsindən, ədəbiyyatdan, əcnəbi yazı­çıla­rın əsərlərini tərcümə etməkdən başqa heç nə maraq­landırmır. Ancaq iş elə gətirir ki, ortayaşlı, səhhətində problemlər olan bu vicdanlı adam özü də istəmədən siyasi hadisələrin axarına düşür, idealist gənclərə kömək edir. Əsərdə bir epizodda Pereyra ölkənin iki tanınmış ziyalısının Lissabonu tərk etmək barədə danışıqlarını eşidir və onlara yaxınlaşıb deyir: «Siz xalqa lazımsınız». Bununla Pereyra onların ölkəni tərk etməsinə qarşı çıxır, ancaq bu hadisədən qısa bir müddət sonra o özü ölkəni tərk etməli olur. O, seçim qarşısında qalır: ya gözünün qabağında öldürülmüş gənc fəalın qətlinə göz yumaraq, susaraq ölkəsində qalmalıdır, ya da xarici ölkəyə sığınaraq Salazar diktaturasının amansızlığı barədə dünyaya xəbər verməli və vətənindən didərgin düşməlidir. Pereyra ikincini seçir. O, həqiqəti deməyi vətəndə yaşamaqdan üstün tutur. Müəllif bu əsərində oxuculara həqiqətin, prinsipiallığın hər şeydən üstünlüyünü, zülmə, ədalətsizliyə qarşı hamının nəsə bir şey etməli olduğunu aşılayır.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Antonio Tabucchi
Nəşriyyat:
  • Qanun Nəşriyyatı