Andrey Platonov - Can

4.00 AZN
 

Təsvir

“Can” povestinin ana ideyasını insan azadlığı, insan xoşbəxtliyi, onun hərbi yolla deyil, təbiətlə harmoniyada mümkün ola biləcəyi təşkil edir. Partiya MK-sı artıq ölmüş, yer üzündən silinmiş sayılan can xalqının oğlu olan Nəzər Cağatayevi – Moskva İqtisad İnstitutunun məzununu, öz xalqını axtarıb tapmağı və bu həyata qaytarmağı, xalqını sosializmə qovuşdurmağı tapşırır. Hər yerdə qan yoluyla bərqərar olan sosializm bu dəfə sevgi ilə yaranır. Halbuki dirilən can xalqı hələ də sosializmin nə, Leninin kim olduğunu bilmir. Onlar, sadəcə, insan xoşbəxtliyinə inanır və bundan sonra ölməmək qərarına gəlirlər…
Platonov Stalinin adını çəkmədən onun idarəçiliyi haqda çox yazmışdı. Gözüaçıq və diqqətli oxucu olan Stalin isə bütün bunları anladığına görə onun əsərlərinin çapını qadağan eləmişdi. Əsərləri yalnız ötən əsrin sonlarından başlayaraq Qərbdə çap olunandan sonra Rusiyaya ayaq açmağa və geniş oxucu dairəsi qazanmağa başladı.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Andrey Platonov
Nəşriyyat:
  • Qanun Nəşriyyatı