Ahmet Ümit - Sis və gecə

5.00 AZN
 

Təsvir

Tanınmış Türkiyə yazıçısı, “Kurtlar Vadisi” serialının ssenari müəlliflərindən olan Ahmet Ümitin həm öz ölkəsində, həm də beynəlxalq kitab bazarında yüksək tirajla satılan “Sis və gecə” detektiv romanı Azərbaycan dilinə tərcümə edilərək çap olunub.Hədəf Nəşrlərinin mətbuat xidmətindən verilən məlumata görə, “Sis və gecə”nin Azərbaycanda çap olunması və yayımı üzrə hüquqlar yalnız adıkeçən nəşriyyata məxsusdur.Əsərdə Türkiyənin xüsusi xidmət orqanı olan Milli İstihbarat Təşkilatının (MİT) fəaliyyətindən bəhs olunur, sosial və siyasi narazılıqları olan və solçu ideyalara rəğbət bəsləyən gənclərin bəzi cinayətkar qruplar tərəfindən terrora sövq edilməsinə toxunulur.
Romanda qeydiyyata düşməyən ölümlər, məxfi əməliyyatlar, müxtəlif profilli mütəşəkkil cinayətkar dəstələr, insan alveri və terror aktları barəsində maraqlı məlumatlar oxucuya bədii dillə çatdırılır, Türkiyənin yaxın keçmişinə işıq salınır.

Xüsusiyyətlər

Kitab

Dil:
Azərbaycanca
Müəllif:
  • Ahmet Ümit
Nəşriyyat:
  • Hədəf Nəşrləri